Kemerovoda baş vermiş faciə ilə əlaqədar Bakıda aksiya təşkil olunub
Bakı, 28 mart, AZƏRTAC
Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Bakıda aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Bulvara gələn paytaxt sakinləri Kemerovo sakinlərinin kədərini bölüşərək bu faciədə həlak olanların xatirəsini yad etmək üçün səmaya ağ rəngli şarlar buraxıb, şamlar yandırıblar.
Xatırladaq ki, martın 25-də Rusiyanın Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın zamanı 41-i uşaq olmaqla, 64 nəfər ölüb.