Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənd təsərrüfatı kooperasiyası: inkişaf istiqamətləri və gözlənilən nəticələr

Kənd təsərrüfatı kooperasiyası: inkişaf istiqamətləri və gözlənilən nəticələr

Bakı, 19 iyul, Ceyhun Rüstəmov, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən iyulun 14-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nı aqrar sahənin gələcəyinə və inkişafına xidmət edən fundamental bazanın qurulmasının əsas mərhələsi kimi qəbul etmək olar.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Aqrar sektorda kooperasiyanın zəif inkişaf etməsinin səbəbləri

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramının önəmindən danışan M.İbrahimov qeyd edib ki, 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən ilk aqrar islahatlar nəticəsində sahənin bazar prinsiplərinə söykənən fundamental bazasının bünövrəsi qoyulub. Bu bünövrə aqrar sektorun müasir inkişaf mərhələsində mürəkkəb təsərrüfat forması sayılan kooperasiya kimi münasibətlər sisteminin tətbiq edilməsinə zəmin yaradıb. Proqramda qeyd olunduğu kimi, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib. Belə bir situasiyanın yaranmasının əsas səbəblərini, ilk növbədə, fermerlərin fərdi təsərrüfatçılığa üstünlük verməsi, istehsalçıların zəif təşəbbüskarlığı, birgə təsərrüfatçılıq formalarının iqtisadi mexanizmlərinin olmaması ilə izah etmək olar. Bu baxımdan, bazar iqtisadiyyatının əsas prinsiplərindən sayılan rəqabət, adətən, kooperasiya münasibətlərinin inkişafına əks təsir göstərirdi. Fermerlər təsərrüfatlarının birləşməsi nəticəsində əldə olunmuş məhsulun və gəlirin ədalətli bölgüsündə ümumi razılığa gələ bilmir, tərəddüd keçirirdilər.

Kiçik fermer təsərrüfatlarının birləşməsi zamanın tələbidir

“Bir-biri ilə rəqabət aparması, fəaliyyətlərində ümumi maraqların formalaşmaması, ümumilikdə, aqrar sahədə kooperasiya tipli istehsal münasibətlərinin inkişafını da ləngidib. Əslində, belə bir vəziyyət fərdi təsərrüfatçılıq prinsipləri əsasında fəaliyyət göstərilməsini labüd edirdi. Kooperasiya hərəkatını ləngidən bu səbəblər, eyni zamanda, kənd təsərrüfatı istehsalının ixtisaslaşması, infrastrukturun təmərküzləşməsi, istehsalçıların maliyyələşməsi, sahələrarası inteqrasiya və digər proseslərə də mənfi təsir göstərir. Müasir şəraitdə dövlətimizin aqrar sahəyə göstərdiyi dəstəyi nəzərə alaraq, deyə bilərik ki, ixrac potensialının artması, daxili istehlak bazarının təmin olunması və digər məsələlərin həlli kooperasiyaların yaradılmasına, birləşməyə və nəticədə milli aqrar sahənin rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq. Bundan başqa, ixrac potensialının artırılması, ilk növbədə, böyük həcmdə məhsul istehsalını tələb edir. Təbii ki, belə şəraitdə kiçik fermer təsərrüfatları xarici istehsalçılarla rəqabətdə tab gətirə bilməzlər və buna görə də onların birləşməsi labüddür”, - deyə mütəxəssis bildirib.

Müslüm İbrahimov deyib ki, proqramda kooperasiyaların əsas xüsusiyyətləri şərh olunur. Bu, iştirakçıların öz müstəqilliyini saxlaması, demokratik idarəetmə forması, mənfəətin birgə bölüşdürülməsidir. Kooperativlər birgə fəaliyyət forması kimi əsasən yüksək mənfəət qazanmağa yox, öz üzvlərini dəstəkləməklə onlara müəyyən xidmətlər göstərməyə üstünlük verirlər. Fermerlər və torpaq mülkiyyətçiləri arasında təbliğat kampaniyasının aparılmasına, kooperasiyanın üstünlüklərinin izah olunmasına böyük ehtiyac var.

Əvvəlcə torpaq mülkiyyəti əsasında kənd təsərrüfatı istehsal kooperativləri yaranmalıdır

Göründüyü kimi, bu gün kooperasiya tipli təsərrüfat formalarının yaradılması qaçılmaz prosesdir. Bunun üçün səmərəli iqtisadi mexanizmlər dizaynı qurulmalıdır ki, fermerlər kooperativ hərəkata qoşulmazdan qabaq fayda əldə edəcəyinə əmin olsunlar. Bu barədə danışan müsahibimiz kənd təsərrüfatı kooperativlərinin yaranmasının çoxpilləli proses olduğunu diqqətə çatdıraraq deyib: “Xarici təcrübə və tədqiqatlarımız göstərir ki, əvvəlcə aqrar sahədə torpaq mülkiyyəti əsasında kənd təsərrüfatı istehsal kooperativləri yaranmalıdır. Bu, istehsalın artmasına gətirib çıxarar. İstehlak kooperasiyası isə emal və satış prosesini əhatə edərək, bütünlükdə, aqrar istehsalın sabitliyini təmin edir. İkinci mərhələdə kənd təsərrüfatı kooperativləri təkcə aqrar sektor təmsilçiləri ilə yox, digər sahələrdə fəaliyyət göstərən müəssisələrlə də korporativ əlaqələr yaradır. Daha sonra isə regional səviyyəyə çataraq, sahə assosiasiyaları və ittifaqlar təsis olunur, beynəlxalq assosiasiyalara daxil olmaq mərhələsi başlayır.

Kooperasiya prinsiplərinə əsaslanan iri təsərrüfat üstünlüklərə malik olması ilə bərabər (subsidiyaların alınması, kreditlər və investisiyaların cəlb edilməsi, istehsal-emal-satış tsiklin tam qurulması, aqrotexniki xərclərin azalması, toxum, cins mal-qara və texnikanın satın alınması və s.), istehsalçılara çoxsaylı risklərin təsir dərəcələrinin azalmasına da imkan verəcək. Belə ki, kənd təsərrüfatı və ərzaq məhsullarının satış qiymətlərində aqrar istehsalçıların xüsusi çəkisi yüksələcək və nəticədə onların gəlir səviyyəsi artacaq.

Gözlənilən nəticələr

Müslüm İbrahimov Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələrin əsasən aşağıdakılardan ibarət olduğunu bildirib:

- kənd təsərrüfatı kooperativlərinin sayının və aqrar istehsalın bütün mərhələlərində onların xüsusi çəkisinin artması. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının emalı və ixracının çoxalması;

- xırda təsərrüfatların birləşməsi və müvafiq infrastrukturun yaradılması nəticəsində torpaq sahələrindən səmərəli istifadə edilməsi;

- kənd təsərrüfatı kooperativlərinin əhatə etdiyi iri torpaq sahələrində müasir irriqasiya sistemlərinin qurulması;

- kooperativlərdə birləşmiş kənd təsərrüfatı istehsalçılarına ayrılan kreditlərin həcminin artması;

- kənd təsərrüfatı kooperativlərində əlavə iş yerlərinin yaradılması;

- kənd yerlərinin dayanıqlı inkişafı üçün əlverişli şərait yaranması.

Dövlət Proqramı kooperasiya tipli müəssisələrin yaranmasında maraqlı olan fermerlərə iqtisadi dəstəyi təmin edəcək

Mütəxəssis onu da qeyd edib ki, kənd təsərrüfatı kooperativlərinin inkişafının stimullaşdırılması üçün dəstək tədbirlərinin həyata keçirilməsi də təqdirəlayiq olardı. Belə ki, kənd təsərrüfatı kooperativləri tərəfindən alınmış uzunmüddətli investisiya kreditləri faizlərinin bir hissəsinə güzəşt olunması, kənd təsərrüfatı kooperativlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi üçün qrantların və subsidiyaların ayrılması, həmçinin bu kooperativlər tərəfindən lizinq yolu ilə alınmış avadanlıqların, texnikanın və sairin istehsal fondları dəyərinin, əsasən ilkin ödənişin müəyyən hissəsinin kompensasiyası məqsədəuyğun hesab edilir.

“Bütün bunları nəzərə alaraq, tam əminliklə deyə bilərik ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”, eyni zamanda, kooperasiya tipli müəssisələrin yaranmasında maraqlı olan fermerlərə dövlət tərəfindən iqtisadi dəstəyin verilməsini də təmin edəcək”, - deyə Müslüm İbrahimov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir