“Kəpəz” klubunun Antalyadakı bütün rəqibləri müəyyənləşib
Bakı, 15 yanvar, AZƏRTAC
Türkiyə toplanışı çərçivəsində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub.
AZƏRTAC xəbər verir ki, Gəncə klubu Antalyada Koreya Respublikasının “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq.
Xatırladaq ki, “sarı-göylər” qardaş ölkədə dörd yoxlama görüşü keçirəcəklər. Rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşmişdi. Belə ki, komandamız asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), yanvarın 28-də “Yagelloniya” (Belostok, Polşa) və üç gün sonra “Spartak” (Subotiça, Serbiya) klubları ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]