“Kəpəz” komandası Bakıdan üç xalla dönüb
Bakı, 6 mart, Elşad Qəzvini, AZƏRTAC
Martın 6-da Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, paytaxtda oynanılan turun son matçında çempionatın autsayderi “Rəvan” “Kəpəz” klubunu qəbul edib. On turda qələbə qazana bilməyən Bakı təmsilçisi bu dəfə də meydanı xalsız tərk edib. Gəncə təmsilçisinin 3 qol vurduğu qarşılaşmada meydan sahiblərinin gücü yalnız təsəlli qoluna çatıb. Qonaqlar 17-ci dəqiqədə Kərim Diniyev, 29-cu dəqiqədə Namiq Ələsgərovun qolları ilə darmadağının əsasını qoyub. 57-ci dəqiqədə isə Juninyo fərqi üçə çatdırıb. Məmməd Quliyev 81-ci dəqiqədə təsəlli qoluna imza atıb - 1:3.
Beləliklə, xalını 36-ya çatdıran Şahin Diniyevin yetirmələri qalibiyyət sayəsində turnir cədvəlindəki beşinci yerini möhkəmlədib. “Rəvan” isə səkkiz xalla turnirin autsayderi olmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]
Çempionlar Liqasında tarixi hesab qeydə alınıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]