“Kəpəz”in fasilə üçün hazırlıq planı məlum olub
Bakı, 3 oktyabr, AZƏRTAC
Milli komandaların dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Premyer Liqada yaranan fasilə müddəti üçün “Kəpəz” futbol klubunun hazırlıq planı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Gəncə klubu oktyabrın 3-də Bakıda məşqləri bərpa edəcək. Komanda oktyabrın 7-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşacaq. Məşqlər hər gün saat 16:00-da başlayacaq.
“Kəpəz”in fasilə dövründə yoxlama oyunu keçirməsi də planlara daxildir. Belə ki, Gəncə təmsilçisi oktyabrın 8-də “Səbail” ilə qarşılaşacaq. Bu oyundan sonra bir gün istirahət edəcək komanda üzvləri oktyabrın 10-dan “Dalğa Arena”da “Zirə”yə qarşı çempionat matçının hazırlığına start verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]