KƏRKÜKDƏ TÜRKMƏN İCMASININ XADİMLƏRİ GİROV GÖTÜRÜLMÜŞLƏR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, İraqın Kərkük şəhəri yaxınlığında türkmən icmasının iki görkəmli xadimi girov götürülmüşdür. Naməlum silahlı qruplaşma nüfuzlu Türkmən İttifaqı Partiyasının rəhbəri Bəhaəddin Kövsəri və görkəmli türkmən xadimi Ziyad Fəhmi Ərəbi ələ keçirmişdir.
B.Kövsərin sürücüsü polisə bildirmişdir ki, Kərkükdən gələrkən onların maşını naməlum şəxslərin hücumuna məruz qalmışdır. Silahlılar sürücünü yaralamış, sərnişinləri naməlum istiqamətdə aparmışlar.
Girov götürənlər tərəfindən hələlik heç bir tələb irəli sürülməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]