“Keşlə” klubu 4 futbolçusu ilə yeni müqavilə imzalayıb
Bakı, 23 iyun, AZƏRTAC
Bakının “Keşlə” klubu 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Vüsal İsgəndərli, Azər Salahlı, Tərlan Quliyev və Ruslan Əmircanov ilə müqavilə yenilənib.
R.Əmircanov, T.Quliyev, A.Salahlı müdafiəçi, V.İsgəndərli isə yarımmüdafiəçidir. Onlar növbəti mövsüm də paytaxt klubunun formasını geyinəcəklər.