Keyfiyyətsiz sərinləşdirici içkilər məhv edilmişdir
Bakı, 19 may (AZƏRTAC). Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müvafiq reseptura olmadan istehsal edilmiş, saxta sərinləşdirici içkilərin məhv edilməsi barədə “Aslan” MMC-yə və Tahir Nəbiyevə icrası məcburi göstəriş vermişdi.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 3.159 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilmişdir.
Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən “Aslan” MMC və sahibkar Tahir Nəbiyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:34]
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]