İQTİSADİYYAT
“Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində seminar keçiriləcək

Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində “Cybersecurity Trends” adlı növbəti seminar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Kod Akademiyasında keçiriləcək seminarda AKTA-nın ekspertlərinin iştirakı ilə kibertəhlükəsizlik sahəsinin son trendləri barədə maraqlı mövzular təqdim ediləcək.
Seminarda iştirak etmək üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz: https://docs.google.com/
Qeyd edək ki, hər il oktyabr ayı dünyanın bir çox ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu çərçivədə cəmiyyətdə kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.