Kikboksçumuz Şikar Bədəlov İstanbulda dünya kuboku yarışlarının qalibi olub
Bakı, 6 fevral, AZƏRTAC
Kikboksinq üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız bu dəfə “Kings of Kings” dünya kuboku yarışları çərçivəsində İstanbulda Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofla qarşılaşıb.
Millimizin böyük məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi ilə görüşə hazırlaşan Ş.Bədəlov bu dəfə də qələbə qazanıb. Təmsilçimiz rəqibini birinci raundun ilk dəqiqəsində nokautla məğlub edərək dünya kubokunu qazanıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Ramal Aslanov da olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]