ELM VƏ TƏHSİL
Kimya fənnindən tapşırıq nümunələri müzakirə edilib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupun iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda hərbi liseylərə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib. Tapşırıqların hər biri dərsliklərlə tutuşdurulub, doğru cavablar dəqiqləşdirilib.
İmtahan modelində kimyəvi proses və hadisələrin mahiyyətinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan tapşırıqlara üstünlük verilib. Modeldə, həmçinin Eyler-Venn diaqramından istifadə edilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib. Hərbi liseylərə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc ediləcək.
İşçi qrupun növbəti iclası dekabrın 7-də olacaq.