Kir Starmer Rusiyanı “nəslin təhlükəsi” adlandırıb
Bakı, 12 iyul, AZƏRTAC
Britaniyanın yeni Baş naziri Kir Starmer Rusiyanı “nəslin təhlükəsi” adlandırıb.
AZƏRTAC xəbər verir ki, Starmerin bu sözlərini "Telegraph" nəşri dərc edib.
“Biz Şimali Koreya və İran kimi ölkələr tərəfindən dəstəklənən Rusiyadan gələn nəsil təhlükəsi ilə üz-üzəyik”, - deyə o bildirib. Baş nazir əlavə edib ki, NATO-nun baş verənlərə reaksiyası dünyanın onilliklər üçün gələcəyini müəyyən edəcək. Bundan əlavə, o, NATO ölkələrini hərbi xərclərini ÜDM-in 2,5 faizi səviyyəsinə çatdırmağa çağırıb.
Kir Starmer bundan əvvəl onu da demişdi ki, Ukrayna Rusiyaya zərbə endirmək üçün Britaniya silahlarından necə istifadə edəcəyinə özü qərar verməlidir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə cavabında bildirib ki, “bu, eskalasiyanı artırmaq və vəziyyəti ciddi şəkildə gərginləşdirmək istiqamətində çox məsuliyyətsiz addımdır” və Kreml təbii olaraq müvafiq tədbirlər görəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]