Kir Starmer və Zelenski arasında görüş keçirilib
London, 24 oktyabr, AZƏRTAC
Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dauninq Stritdə ikitərəfli görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı K. Starmer Ukraynaya qarşı Rusiya hücumlarının qarşısını almaq istiqamətində mütləq öhdəlik daşıdıqlarını bildirib. O, Zelenskinin qətiyyəti və cəsarətini yüksək qiymətləndirib, lakin qeyd edib ki, Putin danışıqlara başlamaq istəmir.
K. Starmer əlavə edib ki, bu həftə Rusiyanın neft və qaz sektoruna qarşı təzyiqlərin artırılması mümkündür və artıq böyük irəliləyişlər əldə olunub. Britaniya hökumət başçısı bildirib ki, Böyük Britaniya Ukraynanın ən yaxın müttəfiqi və tərəfdaşıdır. O əlavə edib ki, xüsusilə uzaqmənzilli silahlar və təhlükəsizlik təminatları sahəsində hələ görüləcək işlər qalır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]