Kişi voleybolçular arasında “Zəfər kuboku” yarışı təşkil ediləcək
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunan “Zəfər kuboku” yarışı təşkil edəcək.
AZƏRTAC federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən, aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.
Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022-ci il mövsümünün rəsmi bağlanışı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [19:12]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [19:10]