Kişilərin 50 metrdən tapança ilə atəş açma yarışında qızıl medalı Türkiyə idmançısı qazanıb
Bakı, 15 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 50 metr məsafədən tapança ilə atəş açma üzrə mübarizənin qalibi Türkiyə idmançısı olub.
AZƏRTAC xəbər verir ki, final mərhələsində ən yüksək nəticə göstərən (223 xal) Yusuf Dikec qızıl medal qazanıb. İkinci yerə 220,8 xal toplayan omanlı İsmail Ələbri, üçüncü yerə isə 200,9 xalla İran idmançısı Məhəmməd Əhmədi çıxıb.
Azərbaycan idmançısı Rəsul Məmmədov yarışı 87 xalla səkkizinci pillədə başa vurub.
Digər idmançımız Rəhim Rəhimov təsnifat mərhələsində mübarizəni dayandırıb. Ruslan Lunyov isə yarışa qatılmayıb.