KİV: Əfqanıstanda yanacaq daşıyan maşının partlaması terror aktı olub
Bakı, 21 dekabr, AZƏRTAC
Əfqanıstanın Pərvan əyalətində yerləşən Salanq aşırımından keçən tuneldə yanacaq daşıyan maşının partlaması əvvəlcədən planlaşdırılan terror aktı olub.
AZƏRTAC xəbər verir ki, “Hasht e Subh” qəzeti bu barədə Taliban hərəkatının formalaşdırdığı müvəqqəti hökumətin Daxili İşlər Nazirliyinin hesabatına istinadla məlumat yayıb. Məlumata görə, tuneldəki yanğına biri yanacaq daşıyan maşına yerləşdirilən bir neçə minanın partlaması səbəb olub. Partlayışlar müxtəlif vaxtlarda baş verib.
Qeyd edək ki, dekabrın 18-də yerli vaxtla saat 18:30-da Salanq aşırımından keçən tuneldə yanacaq daşıyan avtomobil partlayıb. Pərvan əyalətinin səhiyyə departamentinin məlumatına görə, hadisə nəticəsində 19 nəfər həlak olub, 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. “Hasht e Subh” qəzeti isə ölənlərin sayının 100 nəfərə, yaralananların isə 120 nəfərə çatdığını yazır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 13 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]