KİV-LƏRİN ÜMUMRUSİYA FESTİVALINDA AZƏRBAYCAN GÜNLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, festival iştirakçıları Azərbaycanın dövlət bayramı münasibətilə açılmış və Dövlət Teleqraf Agentliyinin – AZƏRTAC-ın fotomateriallarından ibarət ekspozisiyaya maraqla tamaşa etmişlər. Azərbaycan nümayəndə heyətinin başçısı, Jurnalistlər Birliyinin katibi Altay Həsənov açılış mərasimində çıxış edərək müstəqil Azərbaycanın təşəkkülündə ümummilli liderimiz Prezident Heydər Əliyevin rolundan, onun 1993-cü il iyunun 15-də respublika rəhbərliyinə ikinci qayıdışının ölkəni hərc-mərclikdən və parçalanmaqdan xilas etməsindən danışmışdır.
Tədbirə gələnlərə Gənclər, İdman və Turizm Nazirliyinin hazırladığı suvenirlər və bukletlər paylanmışdır.
Nümayəndə heyəti Azərbaycanın Qurtuluş günü münasibətilə qəbul təşkil etmişdir.