KİV: Pakistanda partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb
Bakı, 30 yanvar, AZƏRTAC
Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərindəki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, azı 150 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi Pakistan polisinə istinadla məlumat yayıb. Şəhərin səhiyyə xidməti yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirilib. Yerli KİV-də yayılan xəbərlərə görə, terrorçu məsciddə çoxlu insanın günorta namazına toplaşdığı vaxt üzərindəki partlayıcını işə salıb.
Hadisə ilə əlaqədar Peşavarın bütün xəstəxanalarında fövqəladə vəziyyət rejimi elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]