KİV: Qahirədə Qəzzaya dair danışıqlarda ciddi nəticə əldə olunmayıb
Bakı, 7 mart, AZƏRTAC
Qahirədə keçirilən danışıqlarda Qəzza sektorunda yaranmış vəziyyətin həlli və atəşkəslə bağlı ciddi irəliləyiş əldə edilməyib.
AZƏRTAC ərəb mediasına istinadla xəbər verir ki, Misirin paytaxtında vasitəçilərin iştirakı ilə baş tutan danışıqlarda münaqişə tərəfləri arasında hələ də razılaşdırılmayan “böyük maneələr” qalmaqdadır.
Tərəflər martın 11-də başlayan Ramazan ayının birinci həftəsində atəşkəsə nail olmağa çalışırlar. HƏMAS hərbi əməliyyatlara qısa fasilə verilməsi təklifi ilə razılaşmır və bunun mümkün qədər uzun müddət davam etməsini istəyir. İsrail HƏMAS-ın tələblərinə cavab verməli və vəziyyətlə bağlı öz baxışını təqdim etməlidir.
Xatırladaq ki, Fələstin eksklavında atəşkəsə dair Qahirə danışıqları martın 3-dən bəri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]