Kiyevdə MDB məkanında kibertəhlükəsizliyə dair konfrans keçirilir
Kiyev, 18 may (AZƏRTAC). Ukrayna Müstəqil İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Kiyevdə “İnformasiya-telekommunikasiya şəbəkələrində informasiya təhlükəsizliyi” 15-ci beynəlxalq elmi-praktik konfransı işə başlamışdır.
Forumun təşkilatçısı Ukrayna Dövlət Xüsusi Rabitə və İnformasiyanın Müdafiəsi Xidmətidir. Məqsəd informasiya-telekommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə etmək, informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dəstək göstərmək, alimlərin və mütəxəssislərin, müəssisə və dövlət hakimiyyəti orqanları nümayəndələrinin təcrübə mübadiləsi aparmaq, sözügedən sahədə texniki nailiyyətlər və layihələrlə tanış olmaqdır.
Konfransda Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Özbəkistandan mütəxəssislər iştirak edirlər.
Mayın 20-də başa çatacaq konfransda informasiya müdafiəsinin hüquqi, elmi, texniki və iqtisadi aspektlərini müəyyən edən aktual problemlərin geniş spektrinə dair mütəxəssislərin 150-dək məruzəsi dinləniləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]