Kiyevdə qeyri-adi yol qəzası baş verib FOTO
Kiyev, 6 avqust, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində qeyri-adi yol qəzası baş verib.
AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, Kiyevin Qluboçitsk küçəsində tramvayın əyləc sisteminin işləməməsi ağır yol qəzasına səbəb olub. Nəticədə tramvay əks istiqamətdə hərəkət edərək 10-dan artıq avtomobilə ciddi ziyan vurub. Daha sonra xətdə olan digər tramvayla toqquşub.
Yol qəzası nəticəsində xəsarət alanlar var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev