KİYEVDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Mayın 23-də Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir.
Dövlət başçısı burada Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdü. Bu ölkənin müxtəlif vilayətlərində yaşayan həmyerlilərimiz ukraynalıların Azərbaycan Prezidentinə xüsusi rəğbət bəslədiyini və bunun nəticəsi olaraq azərbaycanlıların Ukraynanın ictimai-siyasi həyatında və biznes dairələrində nüfuzlarının getdikcə artdığını söylədilər.
Prezident İlham Əliyev soydaşlarımıza doğma Azərbaycana daha möhkəm bağlanmaqla diasporun güclənməsinə və Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə yeni-yeni töhfələr verməyi tövsiyə etdi.
######
