Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası İspaniya yığması ilə heç-heçə edib
Bakı, 22 sentyabr, AZƏRTAC
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də turnirin 4-cü turunun oyunları keçirilib. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu 4-cü turda İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb. Qeyd edək ki, şahmatçımız Nicat Abasov rəqib komandanın heyətində yer alıb. Aktivində 5 xal olan komandamız 13-cü sırada qərarlaşıb.
Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov Makedoniyanın “Alkaloid” komandasının heyətində mübarizə aparır. Onun komandası isə bu turda Sloveniyanın “Maribor Poligram” yığmasını 5,5:0,5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:40]
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]