İQTİSADİYYAT
KOBİA-nın təlimlərindən 73 ağdamlı gənc yararlanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Məşğulluğun təmin edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi Peşə Təhsili Agentliyi ilə birlikdə “Gənclərin biznes emalatxanası” layihəsi ilkin olaraq 3 rayonda həyata keçirilib. Həmin rayonlardan biri Ağdamdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov oktyabrın 25-də KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Qarabağ KOB-ları" layihəsinin təqdimatında bildirib.
KOBİA sədri bildirib ki, hələ də davam etməkdə olan layihə çərçivəsində Ağdam rayonundan olan 73 gənc bu layihə çərçivəsində KOBİA-nın keçirdiyi təlimlərdən yararlanıb və növbəti mərhələdə qiymətləndirmə əsasında məşğulluğun təmin edilməsi proqramında iştirak edəcəklər.