KOBİA nümayəndələri Sumqayıtda istehsal müəssisəsində olublar
Bakı, 7 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri Sumqayıt şəhərində fəaliyyət göstərən belə müəssisələrdən birində olublar.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin nümayəndələri müəssisədə istehsal prosesi ilə tanış olub və sahibkarla inkişaf ehtiyaclarına dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Fin Plast İnternational” MMC-yə məxsus müəssisədə qida paketləri, polietilen örtüklər və kisələr, digər polietilen məhsullar istehsal edilir. 2017-ci ildən fəaliyyət göstərən müəssisədə 200-ə yaxın işçi çalışır. Müəssisənin yaradılmasına dövlət dəstəyi də göstərilib.