İQTİSADİYYAT
KOBİA ölkəmizə investisiya yatırmaq istəyən Çex iş adamlarına dəstək göstərə bilər
Bakı, 1 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkəmizdə səfərdə olan Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin Xarici iqtisadi siyasət departamentinin direktoru Martin Pospisilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimizin biznes subyektləri arasında davamlı və uzunmüddətli əlaqələrin qurulmasına qarşılıqlı maraq ifadə edilib, biznes missiyaların təşkilinə, birgə müəssisələr yaratmaqda maraqlı olan yerli KOB-larla əməkdaşlığa, Çexiyanın müvafiq təşkilatları ilə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, KOBİA ölkəmizə investisiya yatırmaq, biznes qurmaq istəyən Çex iş adamlarına dəstək göstərə bilər.