Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kompleks quruculuq işləri iqtisadi gücün göstəricisidir

Culfa, 11 noyabr, AZƏRTAC

Muxtar respublikada hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Həyata keçirilən quruculuq işləri Culfa rayonunu da əhatə edib. Bu gün istər Culfa şəhəri, istərsə də rayonun kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Naxçıvanın Şərqə açılan qapısı olan Culfada məskunlaşmanı daha da artırıb, insanların rifahı yaxşılaşıb.

Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi və 5 dövlət qurumu müasir binada fəaliyyət göstərəcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 11-də Culfa şəhərində yeni inzibati bina istifadəyə verilib, Gigiyena və Epidemiologiya Şöbəsi və digər dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində bələdiyyə, Dövlət Notariat Kontoru və Culfa Rayon Qeydiyyat Şöbəsi üçün iş otaqları ayrılıb. Binanın ikinci mərtəbəsində Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin hər birinə 4 iş otağı və arxiv, binanın birinci və ikinci mərtəbələrində isə Culfa Rayon Statistika İdarəsi üçün iş otaqları nəzərdə tutulub.

Yenidən qurulmuş binada Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb, 20 otaq ayrılıb. Burada bakterioloji və parazitoloji laboratoriyalar fəaliyyət göstərir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, radiasiya ölçmək üçün dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, quruducu şkaf, soyuducu və digər köməkçi tibbi ləvazimatlarla təmin edilib. Bu ilin ötən dövründə şöbə tərəfindən rayon üzrə 3048 obyektdə 872 min kvadratmetr sahə, 242 obyektdə 67 min kvadratmetr sahə dezinseksiya olunub, bakterioloji laboratoriyada 2202 bakterioloji, parazitoloji laboratoriyada isə 1666 parazitoloji müayinələr aparılıb.

Bildirilib ki, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 8 nəfərlik işçi heyətinin, eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva minnətdarlıq edərək deyib: “Muxtar respublikada sanitar-epidemioloji xidmətin yenidən qurulması islahatları başa çatdırılıb. Son bir il ərzində Gigiyena və Epidemiologiya Mərkəzi, onun Ordubad, Şərur, Şahbuz və Culfa Rayon Gigiyena və Epidemiologiya şöbələri yenidən qurularaq müasir tibbi və texniki avadanlıqlarla təchiz edilib. Yaradılan şərait imkan verir ki, həmin şöbələr istənilən fəsildə yüksək səviyyədə fəaliyyət göstərsin”.

Həkim Hüseyn Əzimov kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitə uyğun fəaliyyətlərini quracaqlarını bildirib.

Binanın ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri gigiyena və epidemiologiya tədbirlərinin əhəmiyyətini vurğulayıb, əhalinin maarifləndirilməsi, dezinfeksiya işlərinin davam etdirilməsi, Gigiyena və Epidemiologiya şöbələrinin baytarlıq xidməti ilə qarşılıqlı fəaliyyətinin təşkili barədə tapşırıqlar verib.

Culfa şəhərində yenidənqurma işləri aparılıb

Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olub.

Məlumat verilib ki, küçələri əhatə edən 3,4 kilometrlik avtomobil yolu yenidən qurularaq asfalt örtük salınıb, yol üzərində 800 metr beton su kanalı çəkilib, 3170 metr səki salınıb. Yenidənqurma işləri zamanı 22 işıqlandırma dirəyi quraşdırılıb, 4230 metr hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə, 1000 metr məftil elektrik xətləri izolyasiyalı kabellərlə əvəz edilib, 922 metr qaz və 2590 metr rabitə xətti çəkilib.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.

Culfa şəhərində yaşayış binası istifadəyə verilib

Noyabrın 11-də Culfa şəhərində yaşayış binası yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, üçmərtəbəli binada 18 mənzil vardır. Mənzillərdən 12-si üç, 6-sı isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 62 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal şərait yaradılıb.

Binanın ətrafında abadlıq işləri aparılıb, işıqlandırma dirəkləri quraşdırılıb, yaşıllıqlar salınıb, uşaq əyləncə yeri yaradılıb.

Ali Məclisin Sədri yaradılanların qorunması barədə tapşırıq verib.

* * *

Həmin gün Ali Məclisin Sədri Culfa Rayon İcra Hakimiyyəti binasının yenidən qurulması və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün tikiləcək yeni binanın layihələrinə baxıb, müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib