Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kompleks quruculuq işlərindən sonra Yarımca müasir Azərbaycan kəndinə çevrilib

Naxçıvan, 7 aprel, AZƏRTAC

Bu gün iqtisadi tərəqqi və davamlı sosial islahatlar müasir Azərbaycanın inkişaf modelinə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə dinamik inkişafa rəvac verilib, Azərbaycan qüdrətli dövlətə çevrilib. Ölkəmizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini də regionların tarazlı inkişafı təşkil edir. Şəhər, rayon və kəndlər geniş quruculuq meydanına çevrilib. Bu inkişaf Babək rayonunun da quruculuq xəritəsinin genişlənməsinə səbəb olub, rayonun Yarımca kəndində yeni sosial obyektlər tikilib.

Yarımca kənd tam orta məktəbinin

binası yenidən qurulub

Ölkəmizdə insan kapitalının formalaşdırılmasına hesablanan təhsil islahatları yeni mərhələyə yüksəlib. Tikilən məktəblər gənclərin hərtərəfli hazırlanmasına imkan verir. Bu tədbirlər çərçivəsində Yarımca kənd tam orta məktəbi də əsaslı yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 342 yerlik məktəb binasında şagird və müəllimlər üçün hərtərəfli şərait yaradılıb, maddi-texniki baza möhkəmləndirilib, 4-ü elektron lövhəli olmaqla 19 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, müəllimlər və şahmat otaqları, kitabxana və idman zalı istifadəyə verilib. Məktəbdə kitabxanaçılıq işinin müasir tələblərə uyğun təşkili təmin edilib, kitabxanaya 6 mindən çox ədəbiyyat və dərslik verilib.

Məktəbin kompüter otağında 19 kompüter quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflərdə distant və elektron dərslərin keçirilməsi üçün lazımi şərait yaradılıb, məktəb elektron dərsliklərlə təmin edilib.

Baxış zamanı muxtar respublikanın 192 ümumtəhsil məktəbi ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi arasında əlaqə yaradılıb, “Naxçıvan xanlığının yaranması və tarixi əhəmiyyəti” mövzusunda distant dərs keçirilib.

Məktəbin ayrı-ayrı sinif otaqlarında, fənn kabinələrində və laboratoriyalarında müasir tədris ləvazimatları qoyulub, məlumat stendləri asılıb. Bu tədris ilində Yarımca kənd tam orta məktəbində 31 şagird birinci sinfə qəbul olunub.

Ali Məclisin Sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən istifadənin əhəmiyyətini qeyd edib, kimya, biologiya, fizika və ibtidai sinif müəllimlərinin hazırlığına diqqət yetirilməsinin vacibliyini bildirib.

Bu gün gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüdülməsi vacib məsələdir. Uşaqların erkən yaşlardan ilkin hərbi biliklərə yiyələnməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, ümumtəhsil məktəblərində hərbi kabinələr yaradılır. Məlumat verilib ki, Yarımca kənd tam orta məktəbində də çağırışaqədərki hərbi hazırlıq fənninə xüsusi maraq vardır. Bu il 6 şagird Heydər Əliyev adına Hərbi Liseyə sənəd verəcəkdir. Məktəbdə hərbi kabinənin lazımi əyani vasitələrlə təmin olunması işin daha mütəşəkkil təşkilinə imkan verəcəkdir.

Ali Məclisin Sədri muxtar respublikanın ümumtəhsil məktəbləri şagirdlərinin hərbi hissələrlə və Heydər Əliyev adına Hərbi Liseylə tanışlığının təşkil edilməsi, onların hərb sənətinə marağının artırılması barədə tapşırıqlar verib.

Məktəbdə gənclərin fiziki cəhətdən sağlam böyüdülməsi üçün də hərtərəfli şərait yaradılıb, idman zalı, açıq idman qurğuları və futbol meydançası istifadəyə verilib.

Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb, onları təbrik edərək deyib: Yarımca kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsindədir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər hazırlanmalıdır. Gənclər o zaman dövləti və xalqı üçün yararlı olur ki, onlar təhsilli və vətənpərvər böyüdülsünlər. Ölkəmiz bu gün müharibə şəraitindədir. Torpaqlarımız işğal olunub, şəhidlər veririk. Ona görə də məktəb təhsil verməklə yanaşı, həm də vətənpərvər gənclik yetişdirməlidir. Məktəbi bitirən hər bir şagird gələcəkdə harada işləməsindən asılı olmayaraq vətənpərvər olmalı, ölkəmizə xidmət etməlidir. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Gənclərin vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə edilməsi üçün orta məktəblərdə çox iş görülməlidir”.

Ali Məclisin Sədri deyib: Təhsilli, vətənpərvər və fiziki cəhətdən sağlam gənclik ölkəmizin milli sərvətidir. Bu gün müəllim və şagirdlərin qarşısında bir vəzifə durur: müəllimlər yaxşı təhsil verməli, gəncləri vətənpərvər böyütməli, gənclər isə yaxşı oxumalı, özlərini gələcəyə hazırlamalıdırlar. Yarımca kənd tam orta məktəbinin nailiyyətləri qənaətləndiricidir. Ötən ilin məzunlarından 4-ü ali məktəblərə, 1-i orta ixtisas məktəbinə qəbul olunub, 2 nəfər 500-700 arasında bal toplayıb. Gələcəkdə nailiyyətlər daha da artırılmalı, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilməlidir. Çünki ölkə iqtisadiyyatının bütün sahələrində yeni innovasiyaların tətbiqi dəqiq elmlərin şagirdlərə hərtərəfli öyrədilməsini zəruri edir. Həmçinin məktəbin idman zalından və açıq idman qurğularından səmərəli istifadə olunmalı, gənclər sağlam böyüdülməli, xüsusi istedadı və bacarığı olan uşaqlar üzə çıxarılmalı, onların dərsdənkənar fəaliyyətlərinə diqqət artırılmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Müəllim Büllurə İbrahimova çıxış edərək deyib: Son illər muxtar respublikanın kəndlərində kompleks quruculuq işləri aparılır, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilir. Sevinirik ki, kollektivimiz üçün də müasir tədris şəraiti yaradılıb. Yarımca məktəbində yeni texnologiyalar tətbiq olunub, sinif otaqları, laboratoriyalar və fənn kabinələri ən müasir tədris avadanlıqları ilə təmin edilib, zəngin kitabxana fondu yaradılıb. Bir sözlə, məktəbdə təlim-tərbiyə işinin günün tələblərinə uyğun təşkili üçün hərtərəfli şərait vardır. Bütün bunlar müəllimlərin məsuliyyətini daha da artırır. Söz veririk ki, bu imkanlardan lazımınca bəhrələnəcək, təhsilli, dünyagörüşlü, dilini, bayrağını, torpağını sevən, vətənpərvər və dövlətçiliyimizə sədaqətli gənclər yetişdirəcək, gələcəkdə şagirdlərimiz ali məktəblərə, xüsusi təyinatlı ali hərbi məktəblərə, Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunacaqlar.

Məktəbin həyətində də geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, istifadəyə verilən bufetdə şagirdlərin sağlam qidalanması təmin olunub.

Yarımca Kənd Mərkəzi istifadəyə verilib

Aprelin 7-də Yarımca Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əfqan Qəmbərov çıxış edərək deyib ki, kənddə fəaliyyət göstərən dövlət orqanları bu günədək şəraiti olmayan binalarda fəaliyyət göstərirdi. Ötən ildən başlayaraq kənddə geniş quruculuq-abadlıq işləri görülüb, müasir sosial obyektlər, o cümlədən kənd mərkəzi inşa olunub. Bu da əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəldəcəkdir. Lazımi tibbi ləvazimat və dərman preparatları ilə təmin olunmuş həkim ambulatoriyası da sakinlərin sağlamlığının qorunmasında mühüm əhəmiyyətə malikdir. Əfqan Qəmbərov yaradılan şəraitə görə kənd əhalisi adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yarımca kəndinin muxtar respublikanın müasir və abad yaşayış məntəqəsinə çevrildiyini bildirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: Bu gün ölkəmizdə bütün sahələrin inkişafı təmin olunmuşdur. Yaşayış məntəqələrində geniş quruculuq işləri aparılır. Müasir Azərbaycan kəndinin nümunəsini Yarımca kəndinin timsalında görmək olar. Kənd abadlaşdırılmış, yeni sosial obyektlər tikilmiş, insanların məskunlaşması, rahat yaşayışı və fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə vacib məsələlərdən biri də kəndlərin inkişafıdır. Çünki kəndlərdə yaradılan müasir şərait kənd təsərrüfatının inkişafına geniş imkanlar açır. Kənd təsərrüfatının inkişafı isə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, xammal istehsalına, yeni sənaye müəssisələrinin yaradılmasına imkan verir. Bütün bunlar isə yeni iş yerlərinin açılması və ölkənin ümumi inkişafı deməkdir. Bu gün Yarımca kəndində insanların rahat yaşayışının təmin olunması məskunlaşmanın artmasına, torpaqlardan səmərəli istifadəyə və insanların məşğulluğunun təmin olunmasına səbəb olmuşdur. Kənddə yaradılan bu şəraitdən dövlət strukturları səmərəli istifadə etməli, tikilənlər qorunmalı, vətəndaşlara nümunəvi xidmət göstərilməlidir. Bu gün məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun, poçt şöbəsinin istifadəyə verilməsi, sürətli və genişzolaqlı internetdən, radio-televiziya yayımlarından istifadə imkanlarının yaradılması insanların rahatlığının təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olmuş, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Kənddə bundan sonra da abadlıq işləri davam etdirilməli, torpaqlar əkilməli, dövlət strukturları öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Ali Məclisin Sədri sakinləri bir daha təbrik edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, üçmərtəbəli kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və 50 yerlik iclas zalı yerləşir. Binanın ikinci mərtəbəsində yerləşən kitabxananın fondunda 7 min 564 kitab vardır.

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının inkişafında mühüm yer tutur. Buna görə də kəndlərdə heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Kənd mərkəzlərində baytarlıq məntəqələrinin yaradılması və lazımi dərman preparatları ilə təmin olunması da həyata keçirilən tədbirlərin davamıdır. Yarımca kəndində də baytarlıq xidmətinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb.

Ali Məclisin Sədri baytarlıq tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi və sağlam kənd təsərrüfatı məhsullarının istehsal olunması barədə tapşırıqlar verib.

Yarımca kənd bələdiyyəsinin sədri Arif Cəfərov kəndin tarixinə nəzər salaraq inkişafın böyük məmnunluq doğurduğunu, sakinlər tərəfindən razılıqla qarşılandığını bildirib, fərdi təsərrüfatların genişləndirildiyini, torpaqların əkildiyini, bol məhsul istehsal edildiyini diqqətə çatdırıb və bütün bunlara görə minnətdarlıq edib.

Rabitə evində 384 yerlik ATS quraşdırılıb, kəndə 1400 metr fiberoptik xətt çəkilib. Hazırda kənddə 72 internet istifadəçisi vardır. Rabitə evində poçt bölməsi də fəaliyyətə başlayıb, bank və poçt əməliyyatlarının yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb.

Yeni həkim ambulatoriyasında səhiyyə xidməti

nümunəvi təşkil olunacaqdır

Aprelin 7-də Yarımca kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli ambulatoriya binasında müasir avadanlıqlarla təchiz edilmiş 12 otaq - baş həkim, doğuş, peyvənd, mama, manipulyasiya, qeydiyyat, feldşer, tibb bacısı və sanitar otaqları, aptek, stomatoloji kabinə və palata yerləşir. Həkim ambulatoriyasının istifadəyə verilməsi kənddə səhiyyə xidmətinin səviyyəsini yüksəldib.

Ali Məclisin Sədri sakinlərin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi ilə yanaşı, səhiyyə maarifinin aparılmasının və profilaktik tədbirlərin görülməsinin də əhəmiyyətini qeyd edib, tibbi xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

Yarımcada yeni xidmət mərkəzi

istifadəyə verilib

Həmin gün Yarımcada yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, Yarımca kəndində görülən işlər sakinlərin rahatlığına səbəb olmuş, onların problemləri öz həllini tapmışdır. Kənd bundan sonra da abad saxlanılmalı, yaşıllaşdırma tədbirlərinə və təmizliyə diqqət yetirilməlidir. Çünki bu tədbirlər kəndin inkişafı ilə yanaşı, həm də sakinlərin sağlamlığının qorunmasına xidmət edir. Kənd əhalisi təsərrüfatlardan səmərəli istifadə etməli, torpaqlar əkilməli, bazarın tələbatına uyğun məhsullar istehsal olunmalıdır.

Sakin Vahid Vəliyev minnətdarlıq edərək deyib: Ölkəmizin iqtisadi qüdrəti ilbəil artır. İnsanların rahatlığı üçün bütün tədbirlər görülür. Qürurverici haldır ki, bu gün muxtar respublikanın təkcə şəhərləri deyil, kəndləri də abadlaşdırılır. Ən ucqar kəndlərdə də yeni məktəblər, kənd və xidmət mərkəzləri tikilir, yollar salınır. Yarımca kəndində geniş-abadlıq quruculuq işlərinin aparılması da sakinləri sevindirir, onlar öz yurd-yuvalarında rahat və firavan yaşayırlar. Bu gün dövlətin yaratdığı şəraitdən lazımınca bəhrələnirik. Kənd əhalisi əkinçiliklə, maldarlıqla məşğuldur. İstifadəyə verilən yeni obyektləri qoruyub saxlayacaq, kəndin daha da abadlaşdırılması qayğısına qalacağıq.

* * *

Yarımca kəndinin yolları abadlaşdırılıb, 950 metrlik asfalt, 2700 metrlik çınqıl qatı verilib, 8 su keçidi qoyulub, beton kanal çəkilib. Rabitə, elektrik və qaz xətləri də yenilənib, 1200 metr rabitə, 890 metr elektrik və yeni tikililərə isə 250 metrlik qaz xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Səfir: Azərbaycan ilə Almaniyanın iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensial var

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin