KONDOLİZA RAYS KONQRESDƏN İRANDA DEMOKRATİYA ÜÇÜN PUL İSTƏYİR
Xanım Rays Konqresdə çıxışında bildirmişdir ki, ABŞ İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu şübhə altına almır. Ona görə də uranın saflaşdırılması üçün Rusiya ərazisində beynəlxalq mərkəz yaradılması ideyasını dəstəkləyir. Bununla yanaşı, Rays hesab edir ki, “İran yol verilən həddi keçmişdir və dünya birliyinə açıq-aşkar meydan oxuyur”.
Dövlət katibi Konqresə “İranda demokratiyanın dəstəklənməsi üçün bu il daha çox vəsait ayrılması” xahişi ilə də müraciət etmişdir.
O demişdir: “Biz bu məqsədlə cari il üçün 75 milyon dollar ayrılmasını xahiş edirik. Bu pullar İslam Respublikasına radioyayımın keyfiyyətini yaxşılaşdırmağa, orada peyk televiziyası açmağa, millətlərimiz arasında əlaqələr yaratmağa, təqaüdlər təyin etməyə və İran tələbələri üçün tədris proqramları yaratmağa imkan verəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]