Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri məlum olub
Bakı, 22 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri – “Zirə”, “Sabah” və “Sumqayıt”ın da potensial rəqibləri müəyyənləşib.
“Sabah” klubu II raundda “Makkabi” səddini adlayacağı halda, III təsnifat mərhələsində “Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
“Zirə” - “Dunayska Streda” (Slovakiya) cütünün qalibi “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya), “Sumqayıt” və “Fehervar” (Macarıstan) arasındakı oyunların qalibi isə “Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]