Konfrans Liqası: “Zirə” bu gün Estoniya klubu ilə qarşılaşacaq
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı klubu Estoniyada “Payde” komandasının qonağı olacaq. Pyarnu şəhərində yerləşən “Rannastadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Sumqayıtda təşkil olunacaq. Bu cütün qalibi III raundsa "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]