Konfrans Liqası: “Zirə” Estoniya klubuna uduzub YENİLƏNİB 3
Bakı, 23 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Rannastadion”da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 89-cu dəqiqədə Pa Abdu Çam vurub.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.
21:04
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Rannastadion”da keçirilən görüşün ilk yarısından sonra hesab açılmayıb 0:0.
Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edir.
20:48
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyunda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar “Rannastadion”da keçirilən görüşün fasiləsinə qolsuz heç-heçə ilə yollanıb.
Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edir.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, “Rannastadion”da keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edir.