Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Bakı, 7 yanvar, AZƏRTAC
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci və 139-cu maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:21]
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib
- 12.06.2026 [12:54]
İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir
- 12.06.2026 [12:42]