“Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunub
Bakı, 22 fevral, AZƏRTAC
Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin yanvar ayı ərzində 2,9 min müraciət olub, 127 nəfər proqrama cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.
Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir.
Proqrama cəlb olunan şəxslər DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və digər işlərdə kömək göstərirlər.
Könüllülük fəaliyyəti, eyni zamanda, onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmalarına imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [11:43]
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
- 10.06.2026 [11:37]
Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
- 10.06.2026 [11:34]
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO
- 10.06.2026 [11:01]
Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb
- 10.06.2026 [11:00]
Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]