Koreya səfiri: KOICA Qarabağ və Şərqi Zəngəzurda kəhrizlərin bərpası layihəsinə başlayacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Şərqi Zəngəzur və Qarabağ bölgələrində kəhrizlərin bərpasına dair yeni layihəsinin bu il başlanması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Koreyanın ölkəmizdəki səfiri Kımqu Kanq Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində keçirilən “Dayanıqlı inkişaf və səmərəli humanitar yardım naminə tərəfdaşlıqlar” mövzusunda panel müzakirəsində söyləyib.
O bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin ümumi büdcəsi 5,5 milyon ABŞ dollarıdır və 2030-cu ilədək icra olunması nəzərdə tutulur.
Müxbir - Elmir Səftərov
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [17:26]