Koronavirusun qarşısını almaq üçün ilkin peyvənd hazırlanıb
London, 10 noyabr, AZƏRTAC
Koronavirusun qarşısını almaq üçün ilkin peyvənd “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanıb.
AZƏRTAC xəbər verir ki, peyvəndin xəstəliyə qarşı 90 faizdən çox təsirli olduğu açıqlanıb.
Sözügedən peyvənd 6 ölkədə 43 min nəfər üzərində sınaqdan keçirilib və təhlükəsizliklə bağlı heç bir problem yaranmayıb.
Şirkətlər peyvəndin istifadəsi ilə bağlı ayın sonuna qədər təcili təsdiq üçün müraciət edəcək.
Peyvənd üç həftə fasilə ilə iki dozada tətbiq olunaraq bu ilin sonuna qədər 50 milyon doza, 2021-ci ilin sonuna qədər isə 1,3 milyard doza vaksini bazara çıxarmağı planlayır.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]