Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Füzuliyə gəlib
Füzuli, 8 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saud martın 8-də Füzuli rayonuna gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı qonaq Ermənistan silahlı qüvvələrinin Füzulidə törətdiyi vəhşiliklərlə tanış olacaq.