Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şuşaya gəlib
Şuşa, 8 mart, Elmir Səftərov, AZƏRTAC
Martın 8-də Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saud Şuşa şəhərinə gəlib.
AZƏRTAC xəbər verir ki, Turki Al Faysal Azərbaycanın mədəniyyət paytaxtında tarixi-mədəni abidələrimizlə tanış olacaq. Qonağa Ermənistan silahlı qüvvələrinin Şuşada törətdiyi vəhşiliklər haqqında məlumat veriləcək.