Krans-Montana faciəsi qurbanlarının yarısı yetkinlik yaşına çatmayan şəxslər olub
Vyana, 5 yanvar, AZƏRTAC
İsveçrənin Vale kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində baş vermiş yanğında həlak olmuş 40 nəfərin şəxsiyyəti rəsmi qurumlar tərəfindən müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, yanvarın 1-də baş vermiş faciədə ölənlərin tam yarısı yetkinlik yaşına çatmayan şəxslərdir. Həlak olanların hamısı 14-39 yaş aralığında olub. Rəsmi qurumların məlumatına əsasən, ölənlər arasında 21 İsveçrə, 9 Fransa, 6 İtaliya, 1 Belçika, 1 Portuqaliya, 1 Rumıniya və 1 Türkiyə vətəndaşı var.
Hadisə nəticəsində müxtəlif dərəcədə xəsarət alanların sayı isə 119 nəfər olub. Onların əksəriyyəti ağır dərəcəli yanıqla həm İsveçrənin, həm də qonşu ölkələrin xəstəxanalarına yerləşdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]