Kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri azalıb
Bakı, 15 dekabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 2,4 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 708,3 milyon dollar azalıb.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri birbaşa dövlət kreditləri (137,6 milyon dollar), dövlət təminatlı kreditləri (176,5 milyon dollar), bankların kreditləri (29,7 milyon dollar), neft-qaz sektorunun kreditləri (279,8 milyon dollar) və firmaların və digər müəssisələrin kreditləri (84,7 milyon dollar) hesabına azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 100,9 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 415,3 milyon dollar azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]