Kremlin sözçüsü Vladimir Putinin Koçaryanla görüşəcəyi barədə sualı cavablandırıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu günlərdə erməni mətbuatının diqqət mərkəzində olan əsas mövzu Rusiya Prezidenti Vladimir Putinin Yerevana qarşıdakı səfəri zamanı hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşəcəyi ilə bağlıdır. “Sputnik-Armenia” agentliyi bu sualla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova müraciət edib.
AZƏRTAC “Sputnik-Armenia” agentliyinə istinadla xəbər verir ki, D.Peskov bu məsələ barədə deyib: “Hələ ki, bilmirik”. Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib ki, bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.
Xatırladaq ki, Avrasiya Ali Şurasının iclası oktyabrın 1-də Yerevanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya Prezidenti səfər zamanı Robert Koçaryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]