Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kuala Lumpurda “Discover Azerbaijan” videoçarxının təqdimatı olub

Kuala Lumpur, 26 yanvar, AZƏRTAC

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Malayziyada təbliği məqsədilə Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Beynəlxalq Təşkilatın (OISCA-International) Azərbaycan üzrə rəhbəri Elçin Nəsirlinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Gənclər və İdman Nazirliyinin dəstəyi və Malayziyadakı səfirliyimizin köməyi ilə Kuala Lumpurda, Xalqa Güvən Dövlət Agentliyinin (MARA) qərargahında “Discover Azerbaijan” videoçarxının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycanın Malayziyadakı səfirliyinin əməkdaşları, “OISCA-International” təşkilatının və onun Malayziya bürosunun, Gənclər və İdman Nazirliyinin, MARA-nın, həmçinin Malayziyanın Beynəlxalq Ticarət və Sənaye, Gənclər və İdman nazirliklərinin nümayəndələri, yerli kütləvi-informasiya vasitələrinin və turizm şirkətlərinin rəhbərləri, iş adamları iştirak ediblər.

Çıxış edən səfir Qaley Allahverdiyev tədbirin təşkilində göstərdikləri köməyə görə Azərbaycan və Malayziya hökumətlərinə təşəkkürünü bildirib. O, 26 illik müstəqillik dövründə Azərbaycanın siyasi, iqtisadi, ictimai, mədəni, elmi və digər sahələrdə inkişafı barədə məlumat verib. Azərbaycanın dünya dövlətləri arasında xüsusi çəkiyə malik olması və regionda lider ölkəyə çevrilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib. Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumat verən səfir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə danışıb.

Ölkə rəhbərliyinin Azərbaycanda idmanın inkişafına göstərdiyi qayğı və diqqət sayəsində idmançılarımızın Olimpiya Oyunlarında qazandıqları uğurlardan, 2015-ci ildə Bakı şəhərində keçirilmiş birinci Avropa Oyunları və 2016-cı ildə keçirilmiş Formula-1 yarışları barədə danışıb. Q.Allahverdiyev Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyərək, malayziyalıları Həmrəylik Oyunlarında yaxından iştirak etməyə dəvət edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi xüsusi vurğulanıb.

“OISCA-International” təşkilatının Azərbaycan üzrə rəhbəri Elçin Nəsirli malay dilində “Azərbaycanı kəşf et” adlı videoçarxın ərsəyə gəlməsində və Malayziyada təqdimatının keçirilməsində köməyə görə Azərbaycan hökumətinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinə və Azərbaycanın Malayziyadakı səfirliyinə, eyni zamanda, MARA Agentliyinə və “OISCA-International”ın Malayziya bürosuna minnətdarlığını bildirib.

E.Nəsirli rəhbərlik etdiyi təşkilatın təşəbbüsü ilə IV İslam Həmrəyliyi Oyunları və Azərbaycanın milli adət-ənənələri, mədəniyyət və turizm potensialını özündə əks etdirən “Discover Azerbaijan” videoçarxının hazırlandığını qeyd edib. Həmin videoçarxın Malayziyanın Bakıdakı səfirliyinin köməyi ilə malay dilinə tərcümə edildiyini bildirib. O, həmçinin tədbirdə iştirak edən jurnalistlərin və iş adamlarının suallarını cavablandırıb, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsi və tanışlıq məqsədilə onları ölkəmizə dəvət edib.

Sonra “Discover Azerbaijan” videoçarxının təqdimatı keçirilib.

Tədbirin sonunda çıxış edən MARA-nın baş katibi Datuk İbrahim Azərbaycan haqqında çox eşitdiyini bildirərək, bugünkü tədbirin ölkəmizin zəngin tarixə və mədəniyyətə, həmçinin böyük potensiala malik olduğunu bir daha sübut etdiyini vurğulayıb. O, rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu deyərək, ölkəmizə səfər etməyə, həmçinin IV İslam Həmrəyliyi Oyunlarına dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Tədbir iştirakçılarına, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, mətbəxi haqqında buklet və jurnallar, “Discover Azerbaijan” videoçarxının DVD diskləri hədiyyə olunub.

Tədbir yerli KİV-lərdə və MARA TV-də geniş işıqlandırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”