KUBA MÜSƏLMANLARI MƏSCİD AÇA BİLƏCƏKLƏRMİ?
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla bildirir ki, Kubanın 1000 nəfərdən ibarət müsəlman ümməsi kommunist hökumətinin məscid tikilməsinə icazə verəcəyini hələ də gözləyir. Dünya Müsəlman Liqası və Latın Amerikası İslam Təşkilatı kimi nüfuzlu qurumların bu işdə dəstəyinə baxmayaraq, hələlik heç bir nəticə hasil olmamışdır.
Bununla belə, hökumət son bir neçə il ərzində müxtəlif xristian konfessiyaları üçün yeni məbədlərin tikilməsinə şərait yaradır. Müsəlmanlar isə ibadət üçün ya Havanadakı ərəb mədəniyyət mərkəzində, ya da öz evlərində yığışmalı olurlar.