KUBA PANAMA İLƏ DİPLOMATİK MÜNASİBƏTLƏRİ KƏSMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Kuba hökuməti avqustun 26-da Panama ilə diplomatik münasibətləri kəsdiyini elan etmişdir. Buna Azadlıq adasının lideri Fidel Kastronun öldürülməsinin planlaşdırılmasında, habelə terror aktları hazırlanmasında təqsirləndirilən dörd kubalını Panamanın azadlığa buraxması səbəb olmuşdur.
Xatırladaq ki, bir neçə gündən sonra səlahiyyət müddəti bitəcək Panama Prezidenti xanım Mireyya Moskoso həmin kubalıları sonrakı hökumətin ölkədən çıxarmaması üçün onların əfv olunması haqqında fərman vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]