Kubanıçbek Ömüralıyev: Ortaq dil sahəsində əməkdaşlıq türk dövlətlərinin daha da yaxınlaşmasının əsasıdır
Türküstan, 15 may, AZƏRTAC
Bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyini qeyd edirik. Ortaq türk əlifbasının qəbul edilməsi, eləcə də UNESCO tərəfindən 15 dekabrın Ümumdünya Türk Dilləri Günü kimi təsis olunması 1926-cı ildə ilk dəfə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tarixi addımlar hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bildirib.
O qeyd edib: “Dilimiz xalqlarımızın ortaq irsidir. Buna görə də biz dilçilik sahəsindəki əməkdaşlığı ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran ən vacib və güclü sahələrdən biri kimi görürük”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]