Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakı, 4 fevral, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti fevralın 5-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara və Yardımlıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:01]
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub
- 02.10.2026 [14:44]
Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar
- 02.10.2026 [14:37]