Kulevi “Qara dəniz terminalı”nın istifadəyə verilməsindən 3 il keçir
Bakı, 18 may (AZƏRTAC). Kulevi “Qara dəniz terminalı”nın istifadəyə verilməsinin 3 ili tamam olmuşdur. Ötən müddətdə böyük yol qət edən terminal Qafqaz regionunda ən uğurlu fəaliyyət göstərən terminallardan birinə çevrilmişdir. 2008-ci ildə neft və neft məhsulları ilə yüklənmiş ilk sisternləri qəbul etməyə başlayan terminal 2010-cu ildən Qazaxıstanın Tengiz yatağından hasil edilən xam neftin ötürülməsinə başlamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kulevi terminalının ən böyük nailiyyətlərindən biri İnteqrasiya edilmiş İdarəetmə Sisteminin yaradılmasıdır. “Moody International” beynəlxalq reytinq agentliyinin rəyinə əsasən, bu idarəetmə sistemi ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə tam cavab verir.
Terminal fəaliyyətə başladıqdan cəmi 6 ay sonra sertifikatlaşmadan uğurla keçmişdir. Müasir texnologiya və yüksək ixtisaslı işçilər terminalda təhlükəsiz və səmərəli əməliyyatlar həyata keçirməyə, eləcə də qəzalara qarşı yüksək hazırlığa nail olmağa imkan yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]