Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bakı, 30 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 17 kiloqram 450 qram narkotik vasitə (11 kiloqram 450 qram marixuana, 6 kiloqram həşiş) və 4 min 950 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]