KÜR ÇAYINDA SUYUN SƏVİYYƏSİNİN QALXMASI ŞİRVAN ŞƏHƏRİNDƏ DƏ FƏSADLAR TÖRƏTMİŞDİR
Şirvan, 13 aprel (AZƏRTAC). Kür çayında suyun səviyyəsinin qalxması Şirvan şəhərinin bu çaya yaxın Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində qrunt sularının üzə çıxmasına səbəb olmuşdur.
Şəhər rəhbərliyi operativ tədbirlər görməklə ilk növbədə çayın mühafizə zolağına bitişik həyətlərə su nasosları qoyulmasını və qrunt sularının təmizlənməsini təmin etmişdir. Artıq bir həftədir ki, Fövqəladə Hallar Nazirliyinin mobil qüvvəsi hadisə yerini tam nəzarətə götürmüşdür. Az müddətdə 20-dək həyətdən qrunt suları çəkilərək kənara axıdılmışdır.
Şəhər fövqəladə hallar komissiyasından bildirmişlər ki, vətəndaşlara dəymiş ziyanın həcmi də müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]