“KÜR” QƏZETİ ÖLKƏ MƏTBUATININ NÜMAYƏNDƏLƏRİNİ AĞACƏKMƏ KAMPANİYASINA DƏVƏT ETMİŞDİR
Bakı, 9 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Mingəçevir şəhərində fəaliyyət göstərən “Kür” qəzetinin kollektivi aprelin 9-da ölkə mətbuatına müraciət ünvanlamışdır.
Müraciətdə bildirilir ki, son illər ölkəmizdə ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlər intensivləşmiş, respublikamızın bütün guşələrində ağacəkmə kampaniyası geniş vüsət almışdır. Sevindirici haldır ki, ətraf mühitin sağlamlaşdırılmasında ölkəmizin müəssisə və təşkilatları, bütün əhali yaxından iştirak edir.
Vurğulanır ki, KİV-lər də ölkədə həyata keçirilən yaşıllaşdırma işlərində yaxından iştirak edir. Milli mətbuatımızın qarşıdan gələn 135 illiyi ilə əlaqədar istərdik ki, bu ənənə “Hər KİV 135 ağac əksin!” devizi altında davam etdirilsin.
Qeyd edək ki, “Kür” qəzetinin kollektivi redaksiyanın yerləşdiyi həyətyanı torpaq sahəsini münbitləşdirmiş və ərazidə 135 meyvə ağacından ibarət bağ salmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]